Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

oniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bi

Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir. Caspian European Club-dan verilən məlumata görə, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy jurnalının nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Estoniya və Avropa İttifaqı (Aİ) arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İ.Kiverik həmçinin, Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib. Estoniyanın Aİ-dəki nümayəndəliyinin illik yekunlarına toxunan İ.Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır