Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Xəzərdə suitilərin kütləvi şəkildə tələfinə köçəri quşlar səbəb ola bilər

Keçən ilin dekabrında Dağıstan sahillərində Xəzər suitilərinin kütləvi şəkildə tələf olmasına quş qripinin daşıyıcısı köçəri quşlar səbəb ola bilər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Kompas” Fondunun mətbuat xidməti məlumat yayıb.

Xəzərin Dağıstan sahillərində 2022-ci ilin dekabrında 2,5 mindən çox ölü suiti aşkarlanmışdı. Daha əvvəl aparılan tədqiqatlarda suitilərinin Xəzər dənizi üçün səciyyəvi olan təbii qaz tullantıları ucbatından tələf olduğu göstərilmişdi. Bildirilmişdi ki, zəlzələlərin qaz tullantıları yaratmaq ehtimalı var, nəticədə zəif küləkli hava şəraitində dəniz səthində qazla zəngin linzalar formalaşır. Həmin hava da suitilərin boğulmasına səbəb olur.

Lakin son tədqiqatların nəticələrinə görə, heyvanların quş qripindən tələf olduğu ehtimal edilir: “Fondun proqramı çərçivəsində bu fərziyyənin yoxlanması üçün Novosibirskdən və Mahaçqaladan olan bioloqlar Xəzər suitisinin populyasiya vəziyyətinin tədqiqatını təşkil ediblər. Tədqiqat Rusiyanın Xəzər hissəsində - Malaya Jemçujina və Tüleniy adalarında, eləcə də Şimali və Orta Xəzər akvatoriyalarında yerləşən əsas yataqlarda yüksəkpatogenli quş qripinin dövr etməsi versiyasını təsdiqləyib. Virusun daşıyıcısı vəhşi köçəri quşlar olub, bu quşlar kütləvi şəkildə qripdən tələf olublar”, - deyə məlumatda vurğulanır.

Alimlər yaz və yay ekspedisiya işlərində adalarda enməklə beş dəfə dənizə çıxıblar. Yaxın vaxtlarda “Naftaqaz” şirkətinin dəstəyi ilə “Kompas” Fondu və Dağıstan Dövlət Universiteti Malaya Jemçujina adalarının təkrar yoxlamasını planlaşdırır. Məqsəd heyvanların immunitetini dəyərləndirməyə imkan verəcək laborator tədqiqatlar üçün materialın seçilməsidir.

“Biz quşların kütləvi tələf olduqları yerlərdən cəsədlərdən və ya quşlardan götürülən materialları təhlil etdik. H5N1 subtipli 9 virus ayrıldı. Bütün ştamlar yüksəkpatogenli quş qripinin 2.3.4.4b genetik qoluna məxsusdur. Əfsuslar olsun ki, bu virusdan bütün dünyada suitilərin və digər dəniz məməlilərinin hələ də tələfi qeydə alınır”, - deyə Dağıstan Dövlət Universitetinin Ekologiya və Dayanıqlı İnkişaf İnstitutunun dosenti Əlimurad Hacıyev bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır