

"Samsung Heavy" nüvə ilə işləyən LNG gəmisinin dizaynını təqdim edib
"Samsung Heavy Industries" şirkəti 174,000 m³ tutumlu LNG gəmisinin nüvə kiçik modul reaktoru (SMR) ilə işləyəcək dizaynı üçün ilkin təsdiq (AiP) alıb.
"Seanews.az" xəbər verir ki, dünya üzrə ilk olan bu sertifikatlaşdırmanı şirkətə ABŞ Gəmiçilik Bürosu (ABS) və Liberiya Registri verib.
"Samsung Heavy Industries" və Koreya Atom Enerjisi Tədqiqat İnstitutunun birgə hazırladığı konseptual dizayna malik SMR gəminin hərəkət sistemi kimi xidmət edəcək. Molten duz reaktoru (MSR) texnologiyası nüvə yanacağı və soyuducunu maye formada birləşdirir.
"Samsung Heavy" uzun illərdir nüvə texnologiyası sahəsində tədqiqatlar aparır və üzən nüvə enerji barjaları üçün müxtəlif konseptlər üzərində işləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır