Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

"NYK" saxta ödəniş tələbləri ilə bağlı xəbərdarlıq yayıb

Yaponiyanın gəmiçilik nəhəngi "Nippon Yusen Kaisha" (NYK) şirkəti öz adından göndərildiyi iddia edilən saxta e-maillər və sosial media mesajları ilə bağlı xəbərdarlıq yayıb.

"Seanews.az" xəbər verir ki, "NYK" bu mesajların dələduzluq məqsədilə göndərildiyini bildirib. 

"NYK" həmçinin bildirib ki, dələduzlar tərəfindən həyata keçirilən saxta əməliyyatlarla bağlı yaranan itkilər üçün şirkət məsuliyyət daşımır. Şirkət vurğulayıb ki, belə tələbləri heç vaxt göndərməyib və mesajlarda göstərilən hesablarla heç bir əlaqəsi yoxdur.

"NYK" məsləhət görüb ki, şübhəli e-maillərə və ya paylaşımlara cavab verilməsin, linklərə klik edilməsin, əlavələr açılmasın, şəxsi və ya bank məlumatları paylaşılmasın və pul köçürülməsin.

Qeyd edək ki, "NYK"-nın xəbərdarlığı gəmiçilik sektorunda son illərdə baş verən oxşar hallar silsiləsinə əlavə olunur. "Maersk", "Hapag-Lloyd", "Pacific International Lines" (PIL) və "MSC" kimi şirkətlər də saxta veb-saytlar və iş elanları ilə bağlı xəbərdarlıqlar yayıb. Eyni zamanda, BIMCO üzvlərini fırıldaqçı fakturalar və e-mail saxtakarlığı barədə xəbərdar edib ki, bu cür əməliyyatlar ödənişləri saxta hesablar vasitəsilə yönləndirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır