Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  13 sentyabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycanın daim inkişaf etməkdə olan nəqliyyat dəhlizində çox vacib geosiyasi mövqeyindən, ölkəmizin neft sənayesinin tarixində özünəməxsus yeri olan  “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyindən, oktyabrın 1-dən 10-dək respublikamızda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasının əhəmiyyətindən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin ”Abşeron” yatağında borudüzmə işlərinin ikinci mərhələsini tamamlamasından, Azərbaycanla Türkmənistan arasında sərnişin daşınmasının əsas etibarı ilə ASCO-nun gəmi-bərələri ilə həyata keçirilməsindən, İran parlamentində Xəzəryanı dövlətlərlə nəqliyyat əlaqələrinin genişləndirilməsi haqqında qanun layihəsinin imzalanacağından, beynəlxalq daşımalar zamanı ƏDV-nin tənzimlənməsindən, Xəzər dənizində gəmi ilə gəzintinin məktəblilərin ürəyincə olmasından, dəniz səviyyəsinin artmasının bir çox sahilyanı və ada dövlətləri üçün yaradacağı təhlükələrdən, gələcəyin dənizçilərinin təhsil aldığı Azərbaycan Dövlət Dəniz Akademiyasında ingilis dilində tədrisə xüsusi əhəmiyyət verilməsindən, ADDA-nın məzunlarının xoş sorağından, sentyabrın 18-20-də Almatıdakı Atakent Sərgi Mərkəzində baş tutacaq 23-cü Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisindən, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu üçün yeni qayıqların alınmasından, gəmilərimizin əsaslı təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır