Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

ADDA əməkdaşları “İnnovasiyalı istilik texnikası – Özbəkistan energetikasının inkişafının əsasıdır” mövzusunda keçirilən elmi konfransda iştirak ediblər

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Tətbiqi mexanika" kafedrasının əməkdaşları Daşkənd Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “İnnovasiyalı istilik texnikası – Özbəkistan energetikasının inkişafının əsasıdır” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

Onlayn təşkil olunan konfransda “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov ADDA-nı Beynəlxalq elmi konfransın idarə heyətinin üzvü kimi təmsil edib, məruzəsi plenar iclasın gündəliyinə salınıb. Onun rəhbərliyi ilə “Arakəsmə konstruksiyasının gəmi istilik mübadiləsi aparatlarının borularındakı istilik proseslərinə təsirinin tənzimlənməsi” adlı məruzə plenar iclas iştirakçılarının marağına səbəb olub.

Konfransda müxtəlif ölkələrin elm adamlarının məruzələri dinlənilib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirdə professor Vaqif Həsənovla yanaşı, kafedranın əməkdaşları - dosent Rafiq Əsgərov, dosent Leyla Həsənova, doktorant Elvin İbrahimli da iştirak ediblər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır