Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun nümayəndə heyəti ADDA-da olub

Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) olub.

ADDA-nın rektoru Heydər Əsədovla görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Rektor qonaqlara Akademiyada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçilik ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Akademiyanın tabeliyində olduğu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) tələbələrin nəzəri hazırlığı ilə yanaşı, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmələri üçün tədris gəmisi ayırıb. Bununla yanaşı, bütün tələbələr öz istehsalat və üzmə təcrübələrini ixtisasdan asılı olaraq ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçirlər.

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emek birgə təşkilatçılıq çərçivəsində təklif etdiyi konfranslar, layihələr, elmi nəşrlər, təbliğat işləri barədə danışıb. O, Türkiyə ali məktəblərində ADDA-nın tanıdılması, elm sahəsi, akademik dairələrlə əməkdaşlığa töhfə vermək üçün birgə tədqiqat layihələrinin və proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarından söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır