Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin innovativ dəniz tədqiqat və təlim gəmisinin tikintisinə başlayır

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (“CSSC”) “Huangpu Wenchong Shipbuilding” şirkəti 25 aprel 2024-cü ildə Tunzi Universiteti üçün tədqiqat və təlim gəmisinin tikintisinə başlayıb.

“Seanews.az” xəbər verir ki, gəminin Çinin Şərqi Çin dənizində elmi-tədqiqat və mühəndislik dəstəyini təmin edən aparıcı tədqiqat platforması olduğu bildirilir. Gəmidə bir neçə elmi laboratoriya yerləşəcək.

“Gəmi Tunzi Universitetinin Dəniz elmləri fakültəsinin və digər şöbələrin tədqiqat ekspedisiyaları, eləcə də tələbələrin dənizdə təcrübə keçmələri üçün istifadə olunacaq. Bu, elmi dəniz tədqiqatlarına və dənizlə bağlı mütəxəssislərin hazırlanmasına dəstək verəcək”, - deyə universitetin vitse-prezidenti Şi Çjenmin bildirib.

Gəminin yükgötürmə qabiliyyəti 2,99 min ton, uzunluğu 82 metr, eni  15 metr, suuya oturumu  4 m,etr sürəti  15 düyün (27 km/saat) təşkil edəcək. Göyərtəsində 30 tədqiqatçı da daxil olmaqla 45 nəfəri qəbul edə biləcək. gəminin 2025-ci ilin may ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır