Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

Geosiyasi problemlər beynəlxalq gəmiçiliyi bölüb

Geosiyasi qarşıdurmanın kəskinləşməsi gəmiçilik sənayesini iki hissəyə bölüb: bir bloka ABŞ və Aİ, digərinə isə Çin və Rusiya rəhbərlik edir. Eyni zamanda, bəzi ölkələr bitərəf qalmağa çalışır və hər iki tərəfin xeyrinə oynayır.

“Seanews.az”-ın məlumatına görə, Hindistanın “India Shipping News” nəşri bu fikirdədir.

Məqalədə qeyd edilir ki, ilkin mərhələdə geosiyasi parçalanma tankerlərlə yük daşınmasına yaxşı təsir etdi, çünki ixrac axınlarının istiqamətinin dəyişdirilməsi daha uzun marşrutlara gətirib çıxartdı və yükdaşıma tarifləri artdı. Lakin gələcəkdə qarşıdurmanın mənfi nəticələri ola bilər.

Bir tərəfdən, tankerlər ABŞ dolları ilə işləyir və Qərbin sığorta və maliyyə xidmətlərindən istifadə edirlər. Digər tərəfdən, hazırda dünya tankerlərinin tonajının 10 faizi və ya daha çoxu qondarma “kölgə donanması”nın - dollarla ticarət aparmayan və Qərbin xidmətlərindən istifadə etməyən mülkiyyəti naməlum gəmilərin payına düşür.

Dəniz konteyner daşımalarına gəlincə, geosiyasət ortaq dəyərləri paylaşan etibarlı ölkələr arasında “friend-shoring” - konteyner xidmətlərinə diqqəti artırır. “Drewry” konsaltinq firmasının hesabatında deyilir ki, “friend-shoring” standart ticarət modelinə çevrilərsə, konteyner daşıma şirkətləri su hövzəsinin hər iki tərəfində xidmət göstərməyə davam etmək üçün yeni imkanlar axtarmalı olacaqlar.

Donanmanın bölünməsi, konteyner daşımalarında da müşahidə olunur. “MSC” istisna olmaqla, demək olar ki, bütün əsas konteyner xətləri Rusiya limanlarına səfər etməyi dayandırıblar. Eyni zamanda, onların getməsi işlənmiş konteyner gəmiləri bazarında aktivliyin artmasına səbəb olub.

Parçalanma quru yüklər seqmentində də baş verir. Bu cür yüklərin daşınması daha az səmərəli olub. Mətndə deyilir: “İndi Rusiya yükləri ilə balkerlər uzun məsafələr qət edir və qeyri-rus yüklərini geri qayıdış marşrutuna yükləmirlər, bu da balastda daha çox vaxta və aşağı istifadə nisbətinə səbəb olur”.

“Braemar” gəmi brokerinin baş analitiki Mark Nugentin sözlərinə görə, belə gəmilər nadir hallarda başqa əməliyyatlara yönəldilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır