Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Sinqapur limanında rekord qeyd alınıb

2023-cü ildə Sinqapur limanına daxil olan gəmilərin ümumi tonajı 3 milyard tona çatıb ki, bu da rekord deməkdir. Bu, yükgötürmə qabiliyyəti 98 799 ton olan 8 628 TEU-luq “ONE OLYMPUS” konteyner gəmisinin “Pasir Panjang” terminalına yan alması ilə baş verib.

“Seanews.az” xəbər verir ki, bu barədə Sinqapur hökumətinin mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə Sinqapur limanına üz tutan gəmilərin ümumi tonajı 2,83 milyard ton təşkil edib. Sinqapur Dəniz və Liman İdarəsinin (MPA) baş direktoru Teo Eng Dih limanın gəmilərin üstünlük verdiyi yükaşırma müəssisəsi kimi qaldığını söyləyib. Bu, digər şeylərlə yanaşı, gəmilərin gəlişini vaxtında planlaşdırmağa imkan verən rəqəmsal platforma ilə asanlaşdırılır. Gəmi səfərlərinin optimallaşdırılmasına kömək edən xidmət 2023-cü il oktyabrın 1-də istifadəyə verilib, 2024-cü ilin yanvarından isə rəqəmsal platformanın xidmətləri bütün gəmilərə şamil ediləcək.

Xatırladaq ki, Sinqapur limanında ilk dəfə 2004-cü ildə 1 milyard ümumi tonnaj qeydə alınmış, 2 milyard ton həddi isə 2011-ci ildə əldə edilmişdi.

2022-ci ildə Sinqapur limanı illik 37,3 milyon TEU yükaşırma gücü ilə ən işlək beynəlxalq mərkəzlərdən biri olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır