Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Süveyş kanalı 1,8 milyard dollar investisiya cəlb edib

Süveyş Kanalı Xüsusi İqtisadi Zonası (XİZ) 2023-cü ilin ikinci yarısında 1,85 milyard dollar investisiya cəlb edib.

“Seanews.az” xəbər verir ki, bu barədə Süveyş Kanalı Xüsusi İqtisadi Zonası Baş İdarəsinin sədri Valid Qamal Ad-Din bildirib.

Hesabat dövründə Misir hakimiyyət orqanlarından yekun razılıq almış 47 layihəyə 941 milyon dollar sərmayə qoyulmuşdur. 908 milyon dollar dəyərində 42 layihə isə ilkin bəyənilsə də təsdiq mərhələsindədir.

Yekun təsdiqini almış layihələrin təxminən yarısı xarici, o cümlədən 9 layihə Çin şirkətlərinin iştirakı ilə həyata keçiriləcək. İnvestorlar arasında Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Kanada, BƏƏ, Suriya, ABŞ, Türkiyə, Almaniya və İordaniya şirkətləri də var.

Süveyş kanalı iqtisadi zonasının ərazisində müxtəlif növ istehsal, ticarət, maliyyə, sığorta və vasitəçilik kimi sahibkarlıq fəaliyyətinə icazə verilir. İndi əsasən bu sənaye üçün “yaşıl” hidrogen və müvafiq avadanlıqların istehsalının lokallaşdırılmasına diqqət yetirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır