Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Beynəlxalq bazarlara çıxış, ixrac olunan ərzaq mallarının sertifikatlaşdırılması və təsdiqi” mövzusunda seminar təşkil ol

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Beynəlxalq bazarlara çıxış, ixrac olunan ərzaq mallarının sertifikatlaşdırılması və təsdiqi” mövzusunda seminar keçirilib. İxracatçılar Klubu çərçivəsində keçirilmiş seminarda kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsi üçün istehsalçılara sertifikatların verilməsi sahəsində qanunvericiliyin tələbləri və bu istiqamətdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb, ixracatçı şirkətləri yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib. Seminarda “TUV Rheinland” şirkətinin beynəlxalq layihələr üzrə meneceri Norbert Müllerin “İraqa göndərilən ərzaq məhsullarına sertifikatların verilməsinin ixraca birbaşa təsiri” mövzusunda təqdimatı dinlənilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır