Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb
Bu ilin iyul ayında Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2021-ci ildən bəri ən aşağı səviyyəyə - 8,6 mln. tona düşüb.
Bu barədə “APA-Economics” “Bloomberg“a istinadən xəbər verir.
“İyulda LNG tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 8,6 mln. tona düşüb ki, bu da 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir”, - məlumatda bildirilir.
Məlumata görə, 2021-ci ilin noyabrında Avropaya tədarük edilən LNG-nin həcmi 7,6 mln. ton təşkil edib.
Qeyd olunur ki, 2021-ci ilin noyabrından bu yana Avropaya LNG tədarükü üzrə maksimal göstərici ötən ilin dekabrında qeydə alınıb və 13,3 mln. ton təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır