Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

#BizimYubilyar: ASCO-nun Texniki direktoru Nurməhəmməd Talıbovun 70 illik yubileyidir - VİDEO

Nurməhəmməd Talıbov layiqincə təmsil etdiyi peşənin bütün pillələrindən şərəflə keçib: sıravi şagirdlikdən tutmuş, ASCO-nun Texniki direktorluğunadək! 

Zəngin dünyagörüşə, qibtə ediləcək təfəkkürə sahib olan həmkarımız dəniz nəqliyyatının inkişafına saysız töhfələr verib. Onun yüzlərlə gəncin yetişməsində və vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında da rolu danılmazdır. Təkcə bilikləri  ilə deyil, xarakterindəki bütövlük, sözü və əməlindəki vəhdətlə də gənclərə hər zaman örnək olub. 

Həyatının ən dəyərli illərini gəmiçiliyin inkişafına həsr edən Nurməhəmməd Talıbovun bu gün 70 illik yubileyidir. Bu münasibətilə ASCO rəhbərliyi və kollektivi adından onu  təbrik edir, ona möhkəm cansağlığı, ömrünün uzun olmasını arzulayırıq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır