Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-30,
Seanews
Heyder Eliyev

“Xocalı – Adımız qürurumuzdur” – FİLM

25 İyun – Dənizçi Günü ilə əlaqədar “Xocalı – Adımız qürurumuzdur” adlı film hazırlanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti tərəfindən ərsəyə gətirilən film bu il istismara verilən və ASCO-nun quru yüklərin daşınmasında yeni seqmentə daxil omasını şərtləndirən “Handysize” tipli “Xocalı” gəmisinə həsr olunub.

Yaradıcı heyət Çinə ezam olunaraq gəminin istismara verilməsi çərçivəsində görülən işləri, eyni zamanda “Xocalı”nın ümumi imkanlarını əks etdirən kadrları lentə alıb. Film ərzində müsahiblər gəminin alınması prosesindən, onun özəlliklərindən, ölkəmizin dəniz nəqliyyatı sahəsinə verəcəyi töhfədən, daşıyacağı yüklərdən, üzəcəyi sular və daxil olacağı limanlardan danışıblar.

Bununla belə, “Xocalı – Adımız qürurumuzdur” filmində yalnız sözügedən gəmi deyil, ümumilikdə ölkəmizdə dəniz nəqliyyatı sahəsinin hazırkı inkişafına da toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə son illərdə donanmaların zənginləşməsi, ASCO-nun Xəzər dənizi ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır