Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-03,
Seanews
Heyder Eliyev

Neftin saxlanması və boşaldılması üçün üzən vasitə quraşdırılacaq

Qərbi Afrika sahillərində neftin saxlanması və boşaldılması üçün üzən vasitə quraşdırılacaq. Bu layihə üçün iki gəmi modernləşdirilib. Gəmilərin modernləşdirməsi və yenidən təchiz edilməsi işlərinin layihəsini Drydocks World (DP World-in törəməsi) gəmi təmiri şirkəti yerinə yetirib.

Üzən vasitə Kot di Vuarda Eni Baleine P2 layihəsində işlərə cəlb ediləcək.

Modernləşdirilən tankerlərdən biri Nordic Brasilia-nın yeni adı FSO Yamoussoukro olacaq. Bu gəmi şelf yatağında fasiləsiz işin təmin edilməsi üçün karbohidrogenlərin saxlanması və aşırılması işlərini görəcək. Bu tankerin modernləşdirilməsi işləri 11 aya başa gəlib. Gəmidə neftin saxlanması üçün əlavə rezervuarlar quraşdırılıb.

Modernləşdirilən ikinci tanker Voyageur Spiritdir. (yeni adı FPSO Petrojarl Kong) Bu gəmi neftin hasil edilməsi ilə yanaşı, onun saxlanması və yükləməsi üçün istifadə ediləcək. Burada modernləşdirmə işləri yeni modular və göyərtədəki metal konstruksiyaların quraşdırılması ilə 14 ay çəkib.

Tankerlər aralıq texniki qulluq və təmir olmadan 15 il fasiləsiz işləməyə hesablanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır