Manila körfəzində mazut daşıyan tanker batıb
1,4 milyon litr mazut daşıyan tanker Manila körfəzində çevrildikdən sonra batıb.
Gəmi Filippin dövlətinin bayrağı altında üzüb. 17 heyət üzvündən 16-sı xilas edilsə də 1 nəfər itkin düşmüş hesab edilir. Xilas olunan 4 nəfərə tibbi yardım edilib.
Gəmidən axan mazutun 3,7 kilometr əraziyə yayıldığı deyilir. Yayılmanı lokallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görülür.
İlkin olaraq qəzanın bu yaxınlarda həmin bölgəyə yağan güclü yağışlarının səbəb olması ehtimal edilir. Bu yağışlar Karina qasırğasının və mövsümi mussonlar nəticəsində əmələ gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


