Belçika səfiri: “Bizə Transxəzər dəhlizi lazımdır”
Qazaxıstan və ümumilikdə Mərkəzi Asiya - Avropada sənayemizin səviyyəsini qorumaq üçün, həqiqətən ehtiyacımız olan tərəfdaşlardır.
AZƏRTAC-ın məlumatına görə, bunu Qazaxıstanda Belçika Krallığının səfiri Anri Vantigem qazax mediasına bildirib.
“Öz sənayesinin olması Qazaxıstan üçün də faydalı olduğundan, xammalın bizə lazım olan miqdarını tədarük etmək üçün əhəmiyyətli vəsait yatıracağıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, əgər onlara Asiyadan, Qazaxıstan və Mərkəzi Asiyadan daşımaq üçün kritik vacib xammal idxal etmək lazımdırsa, onları daşımaq lazımdır.
“Bizə Mərkəzi Asiyaya daha asan çatmaq üçün Orta Dəhliz, Trans-Xəzər dəhlizi lazımdır. Bu, regionda sülhə, inkişafa, həmçinin logistika sahəsində bilik və texnologiya mübadiləsinə töhfə verən bir layihədir”, - deyə o bildirib.


