Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

“Şahdəniz 2” çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir

2023-cü ilin ikinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

AZƏRTAC BP-nin cari ilin birinci yarısının yekun hesabatına istinadən xəbər verir ki, quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanıb.

İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Şahdəniz 2” layihəsi çərçivəsində quyuların tamamlama işləri İstiqlal qazma qurğusu vasitəsilə davam edir.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır