Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qırmızı dənizdəki vəziyyət Avropada LNG qiymətlərinin artmasına səbəb ola bilər

2023-cü ildə Avropaya tədarük edilən LNG-nin demək olar ki, 13%-i Qırmızı dəniz vasitəsilə, əsasən də Yaxın Şərqdən daşınıb.

“Seanews.az” bu barədə “SeaTrade Maritime”-yə istinadən xəbər verir.

Nəşr bildirib ki, əsas təchizatçı “QatarEnergy” bu il LNG daşıyıcılarını Ümid burnu ətrafına yönləndirməklə Bab əl-Məndeb boğazı və Qırmızı dəniz vasitəsilə LNG daşımalarını dayandırıb.

Yeni marşrut gəminin saatda 16 düyün sürətlə hərəkət etməsi şərti ilə hər istiqamətdə səfərin müddətini 12 gündən çox uzadır. Nəşr “Rystad Energy” analitiklərinə istinadən yazır ki, buna görə, ötən ildəki həcmdə LNG nəql etmək üçün əlavə 15-20 gəmi tələb olunacaq. Hazırda Avropanın anbarlarında kifayət qədər qaz ehtiyatı var. Və tədarüklər müəyyən qədər azalmayana qədər qazın qiymətlərində artmalar mümkün deyil”.

Bununla belə, Qırmızı dənizdəki vəziyyətin yükgöndərənlər üçün təsiri qeyri-müəyyəndir. “Yaxın gələcəkdə Avropada LNG ehtiyatlarının azalmasının miqyasından və sürətindən çox şey asılı olacaq. Bu il bir LNG qaz daşıyıcısı orta hesabla altı gündə bir yük daşıyır”, - “SeaTrade Maritime” əlavə edir.

Nəşrin məlumatına görə, 2024-cü ildə LNG qaz daşıyıcılarının donanması 70 gəmi və ya 10%, qlobal LNG istehsalı isə cəmi 3% artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır