Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Azərbaycan yanvar-avqust aylarında 22 milyon tona yaxın neft hasil edib

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, bunun 17,6 milyon tonu ixraca nəql olunub.

“2022-ci ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, neft hasilatının 13,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 5,1 milyon ton təşkil edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazirliyinə istinadən bildirir.

Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,6 milyon tona yaxını konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşür.

Yanvar-avqust aylarında qazın 9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 16,4 milyard kubmetri “Şahdəniz”dən, 5,2 milyard kubmetri SOCAR üzrə hasil olunub.

8 ay ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin emalı 3,9 milyon ton təşkil edib.

“Azəri-Çıraq-Günəşli” yataqları istismara veriləndən 01 sentyabr 2022-ci il tarixinədək 560,2 milyon ton neft və 199 milyard kubmetr səmt qazı, “Şahdəniz”dən isə 38,7 milyon ton kondensat və 174 milyard kubmetrə yaxın qaz hasil edilib.

AÇG və “Şahdəniz”dən 597 milyon ton neft (kondensatla birlikdə), “Şahdəniz”dən 121 milyard kubmetr qaz ixraca nəql edilib.

AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır