Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Gəminin xaç anası avtoidman üzrə üçqat dünya çempionudur

Göteborqda “UECC”-nin başqa bir hibrid “PCTC” (pure car and truck carrier)  avtomobil və yük maşınları daşıyıcısının adqoyma mərasimi keçirilib. Əslində, gəminin sifarişçiyə təhvil verilməsi iyunda baş tutub. İndi o, rəsmi adını alıb: "Auto Achieve".

“Seanews”.az” xəbər verir ki, gəminin xaç anası avtoidman üzrə üçqat dünya çempionu Tina Törnerdir.

Auto Achieve UECC tərəfindən Çinin  “Jiangnan”  gəmiqayırma zavodundan sifariş edilən üç hibrid avtomobil daşıyıcısından biridir. Bu ilin sentyabrında Zeebrugge limanında digər iki gəmiyə ad verilməsi mərasimi keçirilib. Onlara "Auto Advance" və "Auto Aspire" adlandırılıb.

10 göyərtəsi olan avtomobil daşıyıcısının uzunluğu 169 metr, eni 28 metr, avtomobil tutumu 3600 ədəddir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır