Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

"Azərbaycan" gəmisinin heyəti Qazaxıstanın Kurık limanında Amal bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edib

Qazaxıstan türklərinin sevimli bayramlarından sayılan Amal bayramı Kurık limanına yan almış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsində qeyd olunub.

Bu münasibətilə əvvəlcə Kurık limanının rəhbərliyi və əməkdaşları gəmi-bərəni ziyarət ediərək dənizçilərə milli bayramları haqqında məlumat veriblər. Gəmi heyəti onları yüksək əhval-ruhiyyədə qarşılayıb və bayram arzularını çatdırıblar.

Daha sonra gəminin heyət üzvləri Kurık limanının ərazisində bayramla əlaqədar təşkil olunan xüsusi tədbirdə iştirak ediblər. 

Hər il 14 martda  böyük coşquyla keçirilən Amal bayramında Qazaxıstanda insanlar bir-birini təbrik edir, küsülülər barışır, incikliklər aradan qalxır, xüsusi süfrə açılır. Həmçinin bayram münasibətilə ölkə üzrə müxtəlif tədbirlər də təşkil olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır