Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

BMT: Bəşəriyyətin yaşaması su ehtiyatlarının idarə olunmasından asılıdır

“Bəşəriyyətin yaşaması insanların suyu necə idarə etməsindən asılıdır”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Su ehtiyatları üzrə Konfransının bağlanış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, su qlobal siyasi gündəmin mərkəzində olmalıdır: “Bəşəriyyətin gələcəyə olan bütün ümidləri bu və ya digər şəkildə su ehtiyatlarının davamlı idarə edilməsi və qorunması üçün yeni kursun müəyyən edilməsindən asılıdır”.

Qeyd edək ki, BMT-nin sonuncu hesabatında qeyd olunub ki, dünya əhalisinin 26%-nin - 2 milyard insanın təhlükəsiz içməli suya, 46%-nin - 3,6 milyard insanın isə əsas sanitariya şəraitinə çıxışı yoxdur.

BMT-nin araşdırmaları da göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı təmiz içməli su içə bilmir. 2030-cu ilə qədər isə dünya əhalisi ciddi su qıtlığı yaşayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır