Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

Koreya istehsalı olan avtomobillər Avropaya konteynerlərdə göndərilir

 

“Renault Korea Motors” şirkəti avtomobil daşıyıcıları üçün yüksək tariflər və yükgötürmə qabiliyyətinin çatışmazlığı fonunda yeni avtomobilləri Koreyadan Avropaya konteynerlərdə daşımağa başlayıb.

“Seanews.az”-ın məlumatına görə, yeni “XM3 Arkanas” avtomobilləri Busan fabrikindən 40 futluq konteynerlərdə (hər konteynerdə üç avtomobil yerləşir)  göndərilir.

Şirkət bu yolla Busandan Havra ayda 1,5 mindən 1,7 minə qədər avtomobil göndərməyi planlaşdırır, həmçinin ABŞ, Belçika, İtaliya, Meksika və Avstraliya da daxil olmaqla, başqa ölkələrə konteynerlərdə yeni avtomobillər tədarük etmək niyyətindədir.

İxtisaslaşdırılmış avtomobil daşıyan gəmilərin çatışmazlığı ona gətirib çıxarıb ki, Çin avtomobil istehsalçıları məhsullarını ixrac etmək üçün konteynerlərdən istifadə etməyə başlayıblar. Çinli yük ekspeditoru “Sindao Shengyun International”-a görə, şirkətlər bir müddətdir ki, ABŞ-dakı müştərilərə yeni nəqliyyat vasitələri çatdırmaq üçün konteynerlərdən istifadə edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır