Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Gəmi itkiləri son 12 ildə ən aşağı səviyyədədir

2022-ci ildə dünya donanması 38 gəmi itirib.  Bu, son 12 ilin ən aşağı səviyyəsidir. 

“Seanews.az” xəbər verir ki, “Allianz”-in hesabatında belə deyilir. 

Statistika göstərir ki, gəmilərin ümumi itkisinə səbəb olan qəzalar ən çox Cənubi Çin, Hind-Çin, İndoneziya və Filippində qeydə alınıb. 2022-ci ildə belə hadisələrin 25%-i (10 hadisə) bu ərazilərin payına düşüb.

Antireytinqin ikinci pilləsində - Fars körfəzi, Qərbi Aralıq dənizi və Britaniya adaları (3 hal) gəlir. Yük daşıma zolaqlarının sıxlığı, tıxaclı limanlar, köhnəlmiş donanma və ekstremal hava şəraiti əsas səbəblərdəndir.

Ümumilikdə, son 10 il ərzində 807 gəmi qəzası qeydə alınıb ki, bunun da demək olar ki, yarısı Cənubi Çin, Hind-Çin, İndoneziya və Filippində, Şərqi Aralıq dənizi və Qara dəniz (118 gəmi), həmçinin Yaponiya, Koreya və Şimali Çinin payına düşür (76 gəmi).

2022-ci ildə bütün itirilmiş gəmilərin dörddə biri yük gəmiləri (10 gəmi), digər 25 faizi balıqçılıq (6 hadisə) və sərnişin gəmiləridir (5 gəmi).

Gəmilərin itirilməsi hallarının 50%-dən çoxunda gəmiyə su dolub (20 gəmi). Belə hadisələrə hava şəraiti və zəif görmə, avadanlıqların sıradan çıxması səbəb olub.

Yanğınlar 2022-ci ildə gəmi itkilərinin ikinci əsas səbəbi olub (8 hadisə). Üçüncü səbəb toqquşmadır (4 hal). Ekstremal hava şəraiti ən azı 8 gəminin itkisi ilə nəticələnib və onlardan 6-sı yanvara təsadüf edib.

Ən çox insident (679) Britaniya adalarında qeydə alınıb.

Dünyada baş verən hadisələrin demək olar ki, yarısı avadanlığın sıradan çıxması və ya nasazlığı (1478 hadisə) ilə bağlıdır. İkinci yerdə yanğınlardır. 2022-ci ildə 200-dən çox gəmidə yanğın qeydə alınıb. Bu isə son 10 ilin ən yüksək göstəricisidir.

Son on ildə ürək açmayan hadisələr ən çox Aralıq dənizinin şərqində və Qara dənizdə (4969) baş verib.

10 il ərzində baş vermiş təxminən 27,5 min dəniz qəzasından 10,7 mini avadanlıqların zədələnməsi və ya sıradan çıxması, təxminən 3,1 mini toqquşma, 2,9 mini isə qəza və ya torpaqlama ilə bağlıdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır