Premyer Liqa: "Səbail" səfərdə "Kəpəz"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.
Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. "Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır