Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Səbail” komandası səfərdə “Şəfa”nın qonağı olub. Görüş “dənizçilər”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Samir Abdullayev, Yadin Luqasi, Adi Mehremiç, Taleh Qarayev, Amil Yunanov (2) və Aleksandr Ramalinqom vurublar.

“Səbail” növbəti mərhələdə “Zaqatala” – “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaq.

Daha əvvəl MOİK, “Karvan” və “İrəvan” komandaları 1/8 finala vəsiqə qazanıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır