Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Kibertəhlükəsizlik ilk dəfə məcburi tələb kimi sinif qaydalarına daxil edilib

Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti bort sistemləri və avadanlıqlarının kiber davamlığına dair yeni təlimatlar dərc edib. Qeyd olunur ki, kibertəhlükəsizlik ilk dəfə məcburi tələblər kimi sinif qaydalarına daxil edilib.

“Seanews.az” xəbər verir ki, hHələ 2022-ci ildə Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyası (IACS) dəniz gəmilərinin kiber davamlığı ilə bağlı iki yeni vahid tələb dərc edib: “UR E26” (gəmilərin kiber davamlığı) və “UR E27” (bort sistemləri və avadanlıqlarının kiber davamlığı). Hər iki tələb 2024-cü il iyulun 1-dən tikinti müqavilələri bağlanan gəmilərə şamil ediləcək.

“ClassNK” hər bir “UR E27” tələbinin şərhini, eləcə də təsdiqləmə prosesini təsvir edən bortsistemləri və avadanlıqların istehsalçıları və təchizatçıları üçün təlimat dərc edib.

“UR E26”-nın məqsədi layihələndirmə, tikinti və sonrakı istismar zamanı əməliyyat və informasiya texnologiyalarının gəmi şəbəkəsinə təhlükəsiz inteqrasiyasını təmin etməkdir. Bu “UR” beş əsas aspekti əhatə edir: avadanlığın identifikasiyası, qorunması, hücumun aşkarlanması, cavab tədbirləri və bərpa.

“UR E27”-nin məqsədi sistemin bütövlüyünü qorumasını və gücləndirməsini təmin etməkdir. Bort sistemlərinin və avadanlığının kiber davamlığına dair tələbləri, həmçinin yeni cihazların göyərtədə tətbiqindən əvvəl layihəsi və inkişafı ilə bağlı əlavə tövsiyələri təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır