Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən üzgüçülük yarışında ASCO-nun təmsilçiləri uğurlu nəticələr göstəriblər

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzüçülük Federasiyasının təşkilatçılığı ilə Su İdmanı Sarayında dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.

21 dövlət qurumundan 72 əməkdaşın (12 qadın, 60 kişi) iştirak etdiyi yarışda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnaya, eləcə də peşəkar yelkənçi və məşqçi Janna Məmmədova, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Aleksandr Kokorev, Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Rövşən Abbasov təmsil ediblər.

Yarış şəxsi və komanda formatında keçirilib.

Qadınlar arasında 50 metr məsafəyə sərbəst üzmədə Tatyana Srebnaya ilk üçlükdə yer alıb.

Qarışıq (qadınlar və kişilər) MİX estafet yarışında isə ASCO-nun komandası yenə də üçlükdə yer alaraq fərqlənməyi bacarıb.

Sonda qaliblər diplom və medallarla mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Üzüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, DİN İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev təqdim ediblər


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır