Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

“ABS” Cəmiyyəti LCO2 tankerləri üçün tələbləri işləyib hazırlayıb

ABŞ-ın təsnifat və sertifikatlaşdırma cəmiyyəti Amerika Gəmiçilik Bürosu  (“ABS”) mayeləşdirilmiş CO2 daşıyacaq gəmilərin layihəsi və tikintisinə dair tələbləri dərc edib.

“Seanews.az” xəbər verir ki, bu barədə “ABS”-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Mayeləşdirilmiş karbon dioksidi daşıyan tankerlər üçün meyarlar” dəniz sənayesində karbon qazını yük kimi daşıyacaq LCO2 gəmilərinin layihəsi, tikintisi və təsnifatına həsr olunmuş ilk nəşrdir.

“ABS”-ə görə, daha çox karbon tutma, istifadə və saxlama (CCUS) texnologiyaları ilə yanaşı, CO2-nin uzaq məsafələrə daşınmasına da ehtiyac yaranacaq ki, bu da ixtisaslaşdırılmış LCO2 tankerlərinin tikintisinə tələbatı artıracaq.

1862-ci ildə qurulan Amerika Gəmiçilik Bürosu (“ABS”) beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyətidir və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) 13 üzvündən biridir. “ABS” gəmi konstruksiyası və texniki xidmət standartlarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üzrə ixtisaslaşıb, bunun əsasında təsnifat aparır. Dəniz gəmilərinin tikintisinə, təmirinə və istismarına texniki nəzarəti həyata keçirir, naviqasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun təsnifatı və yoxlanılması ilə məşğul olur. Baş ofisi Hyustonda (Texas, ABŞ) yerləşən şirkətin 70 ölkədə 200-dən çox nümayəndəliyi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır