Dövlət qurumları arasında keçirilən futbol turnirində ASCO növbəti qələbəsini qazanıb
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turniri davam edir.
D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) komandasının bu dəfə rəqibi Mərkəzi Bankın futbolçuları olub. Bu qarşılaşmada ASCO-nun futbolçuları fərqlənməyi bacarıblar. Onlar 7-3 hesabı ilə rəqiblərinə qalib gəliblər.
Bununla da, komandamız yarış ərzində 6-cı qələbəsini qazanıb.
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən yarışda 52 dövlət qurumu mübarizə aparır. Turnir 2024-cü il mayın 6-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır