Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Carlyle Group” investisiya şirkəti Avropanın ən böyük gəmiqayırma şirkətlərindən birini almağa hazırlaşır

Amerikanın “Carlyle Group” investisiya şirkəti Almaniyanın “ThyssenKrupp Marine Systems” (“TKMS”) gəmiqayırma şirkətinin səhmlərinin nəzarət paketini almağa hazırlaşır.

“Seanews.az” “Infodefensa”-ya istinadən xəbər verir ki, əməliyyatın dəyəri 1,5 milyard avro qiymətləndirilir.

Jurnalistlər danışıqların təfərrüatları ilə tanış olan, lakin təfərrüatları açıqlamaq istəməyən mənbələrə istinad edirlər. Bir neçə gün əvvəl Almaniyanın “Hartpunkt” qəzeti “TKMS”-nin hazırkı "ana" şirkəti “ThyssenKrupp”-dan ayrılması prosesinin davam etdiyini bildirilib.

Eyni zamanda, Almaniyanın federal orqanları “TKMS”-də səhmlərin 21,5%-i həcmində azlıq payı alacaq. Almaniya qəzetinin həmsöhbətləri bildirirlər ki, gəmiqayırma şirkətinin “ThyssenKurpp” qrupundan ayrılması “qaçılmazdır”.

“TKMS”-in baş direktoru Oliver Burkhardt bir neçə həftə əvvəl mətbuata xarici investordan təklifin olması barədə məlumat verib. O, şəraitin yaxşılaşacağını gözlədiyini bildirib.

“ThyssenKrupp Marine Systems” Avropanın ən böyük gəmiqayırma şirkətlərindən biridir. Hal-hazırda “TKMS”, xüsusən də Norveç və Almaniya donanmaları üçün “Tip 212 CD” sinifli altı dizel-elektrik sualtı qayığın istehsalı üçün müqaviləni yerinə yetirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır