Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

"Titanik" filminin məşhur dekoru 718 min dollara satıldı

"Titanik" filminin məşhur taxta qapısı 718 min dollara (təxminən 1 milyon 220 min manat) satılıb.

Banco.az xəbər verir ki, "Titanik" filmində Keyt Uinslet tərəfindən yaradılan Rouz obrazını ölümdən xilas etmiş məşhur taxta dekor hərraca çıxarılaraq satılıb.

Satış "Planet Hollywood" restoran və kurortlar şəbəkəsinə məxsus rekvizit və kostyumların hərracında həyata keçirilib.

“Heritage Auctions” hərrac şirkətinin sözlərinə görə, bu dekor tez-tez qapı ilə səhv salınırdı. Əslində isə “üzən qapı” gəminin birinci dərəcəli salonunun girişinin üstündəki qapı çərçivəsinin bir hissəsidir.

Qeyd edək ki, sözügedən hərracda “İndiana Cons: Qamçı Adam” filmindən bir qamçı da 525 min dollara satılıb. Eyni zamanda, Tobi Maquayrın geyindiyi “Hörümçək” adam kostyumu da 125 min dollara satılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır