Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Təkrar bazarda konteyner gəmilərinin satışı kəskin artıb

2024-cü ilin birinci rübündə təkrar bazarda konteyner gəmilərinin satışı son iki ilin ən yüksək səviyyəsinə çatıb.

“Seanews.az”-ın “Clarksons”-in hesabatına istinadən verdiyi məlumata görə, bu müddət ərzində ümumi tutumu 241 min TEU olan işlənmiş konteyner gəmiləri satılıb.

Satılan tonajın təxminən 40%-i 8 mindən 12 minə qədər tutumlu konteyner gəmiləri olub.

Uzaq Şərq və Avropadakı alıcılar çarter bazarında güclü tələbat olduğu üçün böyük tutumlu konteyner gəmiləri almağa can atırlar.

Təkrar bazarda konteyner gəmilərinin qiyməti aprel ayında möhkəmlənməyə başlayıb - 2023-cü il dekabrın ortalarından etibarən artım 15% təşkil edib.

Məsələn, 6,6 min TEU tutumu və 10 yaşı olan işlənmiş konteyner gəmisinin dəyəri bu ilin martından 8% artaraq aprel ayında 42 milyon dollar olub. Eyni tutumlu, lakin 15 yaşı olan konteyner gəmisi keçən ay 30 milyon dollara satılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır