Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Dənizçi şair Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatının laureatlara təqdim olunma mərasimi keçirilib.

Builki 6 mükafatçı sırasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı, Dənizçilərə Sosial Dəstək İctimai Birliyini sədri, AYB-nin üzvü, Prezident mükafatçısı, şair-publisist Faiq Balabəyli də var.

Dənizçi şairə mükafatı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri, millət vəkili akademik Rafael Hüseynov təqdim edib.

Mükafata layiq görülənlər çıxış edərək Rəsul Rzanın şəxsiyyəti, yaradıcılığı, vətənpərvərliyi və xeyirxahlığı ilə bağlı təəssüratlarını bölüşüb, bu mükafatı yüksək dəyərləndirdiklərini vurğulayıblar.

Sonda Xalq yazıçısı Anar qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır