Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Aral dənizinin qurumuş dibi yaşıl sahəyə çevriləcək

Aral dənizinin qurumuş dibində meşə massivi salınacaq. 

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ekologiya nazirlərinin iclasında bu məsələ ilə əlaqədar Beynəlxalq mərkəzin yaradılması təklif olunub.

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ətraf mühitin mühafizəsi üzrə məsul nazirləri və departament rəhbərlərinin 5-ci iclasında qurumuş Aral dənizinin dibi və yarımsəhra zonalarında meşə salınması üzrə Beynəlxalq mərkəzin yaradılmasını təklif edib.

Qazaxıstanın naziri bildirib: “ŞƏT-ə üzv ölkələrin deqradasiyaya uğramış ərazilərdə meşə salınması, süni meşələrin yaradılması sahəsində böyük təcrübəsini nəzərə alaraq, biz bu gün Aral dənizinin qurumuş dibinin və yarımsəhra zonalarının yaşıllaşdırılması üzrə Beynəlxalq mərkəzin yaradılması təklifi ilə çıxış etdik. Mərkəzi Asiya ölkələrindən olan tərəfdaşlarımız bu məsələdə bizə dəstək oldular. Düşünürəm ki, gələcəkdə bu ideyanı həyata keçirə biləcəyik”.

İclasda ŞƏT-in Baş katibi Jang Minq, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və Belarusdan olan nümayəndə heyətləri iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır