nizçilər üçün onlayn test hazırla
Dənizçi günü ərəfəsində Beynəlxalq Dəniz Təşkilatı ( İMO) onlayn TEST hazırlayıb. “Seanews.az“ xəbər verir ki, testdə yer alan bütün suallar dənizçilik sahəsini əhatə edir. Testin köməkliyi ilə hər bir dənizçinin donanmada neçənci yeri tutmasını müəyyənləşdirmək mümkündür. Dənizçi günü ərəfəsində sosial şəbəkələrdə yaradılan #SeafarersMatter həştəqində isə dənizçilik peşəsi ilə bağlı status və şərhlər paylaşıla bilər. Məqsəd şərəfli dənizçi peşəsinin cəmiyyətdə təbliği və tanıdılmasıdır. İMO dənizçiləri dəstəkləmək və onlara olan sevgini paylaşmaq üçün hər kəsi #SeafarersMatter həştəqindən istifadəyə səsləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır