Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Nyu Yorkdan qaçışım” – Bir kapitanın hekay

17 yaşımdaydım və məktəbi yenicə bitirmişdim. Atam məni özü ilə ilk dəfə dənizə apardı. O, kapitanıydı və mənə dəniz yaşamının (yaxşı və pis tərəfləri ilə) necə olduğunu göstərmək istəyirdi.  Müvəqqəti dənizçi olaraq heyətə daxil oldum. Səmimi desəm, ilk həftələrdə gəmi heç xoşuma gəlməmişdi. Təcrübəsiz dənizçi kimi gəmidəki iearxiyanın ən alt pilləsindəydim və kapitanın oğlu olmaq burada heç bir işə yaramırdı. Pas təmizlədim, gəmini boyadım, otaqları sildim. Digər bir vəzifəm isə soyuq kayutlardakı istilik səviyyələrini izləmək idi. Dar göyərtə körpüləri üzərində sürünən əqrəbləri (bəziləri böyük idi) indi də yaxşı xatırlayıram. Səfər 35 gün davam etdi. Bu müddətdə dənizdə konkret proqram və sürətlə işləməyin nə olduğunu öyrəndim. Mən bu səfərdə həm də ailədən uzun müddət ayrı qalmağın necə bir hiss olduğunu dərk etdim. Bəlkə də, atam bu səbəbdən məni özü ilə aparmışdı. Səfər nə qədər çox çəkdisə gəmidəki həyatı bir o qədər sevdim. Vəzifələrə alışdım, heyətlə anlaşdım. Hər şeydən öncə limana yan aldıqda çox əyləndim. Ümumiyyətlə, mən heç tanımadığım ölkələri gəzməyi sevirəm. İmkan olduqca bir maşın, ya da velosiped icarəyə götürüb yola çıxıram. Bəzən isə gördükləri işə qarşılıq jest kimi heyət üçün kiçik turlar təşkil edirəm.  1974-cü ildə anadan olan Lukasz Hajduk bir kapitan ailəsində böyüyüb. Polonyanın Szczecin şəhəri yaxınlığında ailəsi ilə birgə yaşayır. Ən sevdiyi limanlar Nyu York, San Fransisko və Hamburgdur. Futbol, yoxsa dənizçilik? Atamla çıxdığım səfərdən sonra qərarımı vermişdim. 1997-ci ildə  Szczecin  Dənizçilik Universitetindən məzun oldum. Çalışdığım ilk yer bir Skandinaviya şirkəti idi. Əksər dənizçi kimi mən də biraz batil inanclıyam. Hər səfərdən öncə taxtaya vururam. Bu, pis bir şey olmayacağına dair rahatlıq gətirir.  Heyəti öz işinə məsuliyyətlə yanaşmasına təşviq edirəm. Kiçik xətalar birləşib böyük problemlərə yol aça bilər.  Gəmidə gözəl ənənəmiz var. Hər böyük səfərdən öncə bizə yaxşı yol arzulayan imzalı, əl ilə yazılmış məkub alırıq. Bunu çox sevirəm. Bununla yanaşı, “hava həmişə gözəl olsaydı, hər kəs kapitan olardı” sözləri də var. 2012-ci ilin sentyabrında Nyu Yorkda “Seoul Express” adlı gəmiylə lövbər atmışdıq. Bu zaman  qasırğa olacağıyla bağlı mailə xəbərdarlıq göndərildi. Maildə “qaçın və uzağa gedin” tapşırığı verilmişdi. Sandy qasırğası 5-ci kateqoriyada yer alan ən təhlükəli qasırğalardan idi və sürətlə şəhərə yaxınlaşırdı. Aidiyyatı qurumlar limanda çox təhlükəli ola biləcəyindən bütün gəmiləri mümkün qədər sürətlə dənizə açılmalarını əmr etdi. Qərb sahili boyunca limanların hamısı bağlandı. Marşrut üzərindəki sonrakı dayanacağımız Nyu Yorkun cənubundakı Norfolk idi. Heyətimə boşaltma və yükləməni mümkün qədər tez bitirmələrini dedim. Limandan ayrılan son gəmilərdən biriydik.  “Seoul Express” Panamax  sinfli bir konteyer gəmisi olub, 294 metr uzunluğuna malik idi. İnsanların hüzursuz olduğunu hiss etdim. Kimsə bizi nəyin gözlədiyini bilmirdi. Atlantik okeanından uzaqlaşmaq üçün şərqə doğru  hərəkətə keçdik.  Külək güclənməyə davam edirdi. Gecə yarısından sonra ölçü cihazı xarab oldu. Bundan sonra sadəcə  “999” xəta kodunu göstərməyə başladı. Təsəvvür edin, bu, Atlantik okeanında indiyədək görünməmiş ən böyük qasırğa oldu. Dalğa 12 metr yüksəkliyində idi və fərqli yanlardan gəlirdi. Bu da heç xoş deyildi. Bir neçə saat sonra dəniz sakitləşdi. İstiqaməti dəyişdirdik, təkrar qərbə, dəniz sahilinə doğru yola çıxdıq. Sandy 285 adamın həyatını aldı və 70 milyard dollarlıq ziyana səbəb oldu. Durum yavaş-yavaş normallaşdı və limanlar təkrar açıldı. Və biz xilas olduq. Tərcümə etdi: Rövşən Abdurəhmanov  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır