Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

Təcrübəli gəmi kapitanı vəfat edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təcrübəli uzaq səfərlər kapitanı Zakir Balaşov 64 yaşında vəfat edib.

O, 1958-ci ildə Cəlilabad rayonunda anadan olub. Ömrünün böyük hissəsini dənizçiliyə həsr edən Zakir Balaşov 1976-cı ildə hazırkı Azərbaycan Dövlət Dəniz Akademiyasını müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə də elə həmin illərdən matros vəzifəsi ilə başlayan Zakir Balaşov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus müxtəlif tanker və quru yük gəmilərində uzaq səfərlər kapitanı vəzifəsində çalışıb.

Müxtəlif illərdə ASCO-ya məxsus “Şuşa”, “Zəngilan” tankerlərində fəaliyyət göstərib.

Zakir Balaşov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qala bilib. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Zakir Balaşovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DİGƏR XƏBƏRLƏR

HAQQIMIZDA

Azərbaycanımızı dənizsiz təsəvvür etmək mümkün olmadığı kimi, dənizləri də gəmilərsiz təsəvvür etmək çətindir. Harada üzməsindən asılı olmayaraq, dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilər Vətənimizin bir parçası sayılır. Elə buna görə, çətin olduğu qədər də şərəfli dənizçi həyatına, gəmiçiliyin inkişafına maraq heç vaxt azalmayıb. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkəmizin nəqliyyat-tranzit potensialından daha səmərəli istifadənin təmini, Azərbaycanın logistik mərkəzə çevrilməsi, milli daşıyıcıların xarici bazarlara girişinin asanlaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu, özlüyündə yeni informasiyaların ortaya çıxmasına zəmin yaradır. Elə “Seanews.az” saytının da əsas məqsədi dəniz nəqliyyatı ilə bağlı yenilikləri operativ şəkildə sizə çatdırmaqdır.

İlk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən “Dəniz” qəzetinin online versiyası kimi “Seanews.az” dənizçilik və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, ekspert rəyləri ilə xidmətinizdədir. Saytda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək.

“Seanews.az”ın köməkliyi ilə siz təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı maraqlı xəbərləri anında əldə edə biləcəksiniz. Məqsədimiz bu sahədə informasiya bazası rolunu oynamaqdır.