Şəhid Emil Quliyevin atası Elşad Quliyev: Şəhidlərimiz başımızı uca etdilər - VİDEO
Emil Quliyev Vətən müharibəsinin odlu-alovlu günlərində Horadizdə yanacaqdoldurma məntəqəsində işləyirdi. O, xidməti vəzifəsini yerinə yetirərkən düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanır. 3 gün hospitalda müalicə alsa da, həyatını xilas etmək mümkün olmur, oktyabrın 4-də Şəhidlik zirvəsinə ucalır.
Emil ASCO-nun Xəzər Dəniz Neft Donanmasının təcrübəli bosmanı Elşad Quliyevin oğludur. "Qəhrəman Böyüdənlər" layihəsində həmkarımız bizimlə övladı haqqında xatirələrini bölüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır