Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Vətən müharibəsinin dənizçi döyüşçüləri “Heydər zirvəsi”nə yürüş ediblər - FOTOLAR+VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) çalışan bir qrup Vətən müharibəsi iştirakçısının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüşü təşkil olunub.

Yürüş iştirakçıları mürəkkəb relyef və iqlim şəraitinə baxmayaraq, Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvə”sini ruh yüksəkliyi və əzmkarlıqla qət ediblər.

Dənizçi döyüşçülər “Heydər zirvəsi”ndə müasir Azərbaycanın qurucusu və müasir gəmiçilik siyasətinin banisi Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıblar. Onlar burada Azərbaycanın Dövlət bayrağını və ASCO-nun bayrağını dalğalandırıblar.

Azərbaycan Alpinizm Federasiyası Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş yürüşdə müvəffəqiyyətlə iştirak edən ASCO əməkdaşlarını sertifikatlarla təltif edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır