ahın dənizçiləri – V�
Azərbaycan dənizçiləri həmişə peşəkarlığına görə seçilib. Bu gün fəxrlə deyə bilərik ki, onlar okean və dənizlərdə ölkəmizi layiqincə təmsil edirlər. Bunun əsas səbəbi odur ki, ölkədə dənizçi kadrların hazırlanması ilə bağlı uğurlu bir ənənə var. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında gələcəyin dənizçiləri üçün hər cür şərait yaradılıb. Bu videoda təhsildə qazandıqları uğurlarına görə fərqlənən, Akademiyanı əla qiymətlərlə bitirən 2017-ci il məzunlarının bəziləri ilə tanış olacaqsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır