Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Türkiyədə dünyanın ən qədim tərsanəsinin qalıqları aşkar edilib

Türkiyənin Mərsin vilayətinin Silifke rayonunda sahil xətti boyu yerləşən Dana adasında dünyada ən böyük və ən qədim tərsanənin qalıqları aşkar edilib.

Bu barədə AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir.

Dana adası Kilikiya regionunda yerləşir. Dəmir filizi və sidr ağacı ehtiyatları sayəsində o, hələ tunc dövründən bəri beynəlxalq siyasət və ticarət mərkəzi olub.

Arxeoloqlar adada müxtəlif dövrlərə aid 296 ellinq aşkar ediblər. Bu o deməkdir ki, tərsanədə, eyni zamanda, 300-ə qədər gəmi tikilə bilərmiş. Bütün gəmilər hərbi xarakterli olub. Həmçinin orada gəmilərə texniki xidmət göstərilib və gəmilər təmir olunub.

Dana adasının ellinqləri əsasən qayalarda oyulub və görünən fiziki xüsusiyyətlərinə görə təsnif edilir. Ellinqlərin əksəriyyəti yaxınlıqda tikilib. Bəzi ellinqlərin ön hissələri dağılıb, lakin materikə baxan arxa hissələri toxunulmaz qalıb. Böyük ellinqlərdən əlavə, həmçinin qayalarda oyulmuş və tədqiq edilməmiş konstruksiyalar var ki, onlar, çox güman, xidməti qayıqlar üçün xüsusi yerlərdir. Bəzi ellinqlər zəlzələlər vaxtı dənizə düşüb.

Son illər Dana adasında və onun ətrafında tədqiqatlar və sualtı arxeoloji işlər aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır