Yeni gəmilər "Cassius" və "Camus" adlandırılıb
Cənubi Koreyanın “Hyundai Samho Heavy Industries” (“HSHI”) tərsanəsində “Euronav” şirkətinin LNG və ammonyakla işləyəcək iki iri tonajlı tankerinə ad verilməsi mərasimi keçirilib.
“Seanews.az”-ın məlumatına görə, skrubberlər və ballast suyunun təmizlənməsi sistemi ilə təchiz edilmiş gəmilər "Cassius" və "Camus" adlandırılıb.
"Cassius" artıq yanvarın 11-də donanmamızın tərkibinə daxil olub, "Camus" gəmisinin inşası isə davam etdirilir”, – deyə “Euronav” şirkətinin açıqlamasında bildirilir.
Xatırladaq ki, “Euronav” bu tankerləri 2021-ci ilin yazında eyni xüsusiyyətlərə malik daha belə bir gəmi tikmək seçimi ilə sifariş etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır