Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Gəmilər üçün ammonyak tədarük edəcəklər

Almaniyanın “Mabanaft GmbH & Co. KG” və “Hapag-Lloyd AG” şirkətləri ölkənin Hamburq limanı və onun ətrafında, eləcə də ABŞ-ın Texas ştatının Hyuston limanında “Hapag-Lloyd” donanması üçün təchizat yanacağı kimi ammonyakın tədarükü imkanlarının qiymətləndirilməsinə dair niyyət sazişi imzalayıblar.

“Seanews.az” xəbər verir ki, bu tərəfdaşlıq çərçivəsində şirkətlər layihənin kommersiya məqsədəuyğunluğunu, texniki və normativ tələbləri öyrənəcək və  bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olacaqlar. İkinci mərhələdə ABŞ-ın Hyuston limanı üçün imkanların qiymətləndirilməsi aparılacaq.

“Mabanaft” hazırda Hamburq limanında təmiz ammonyak qəbul etmək və çatdırmaq üçün infrastrukturun qurulması üzərində işləyir. Şirkət həmçinin aşağı karbonlu alternativ yanacaqlar üçün lazımi platformanın yaradılması məqsədilə investisiya proqramı həyata keçirir. Keçən ilin noyabrında “Mabanaft” tərəfdaşı “Air Products” ilə Hamburqda Almaniyanın ilk böyük təmiz enerji idxal terminalını tikmək niyyətində olduğunu açıqladı.

Almaniyaya hidrogen idxalı və tədarükü üçün nəzərdə tutulan terminal 2026-cı ildə fəaliyyətə başlayacaq. O, mövcud “Mabanaft Blumensand” terminalında yerləşəcək. Bundan əlavə, “Mabanaft” 2023-cü ilin ortalarında Texas ştatında istifadəyə verilməsi planlaşdırılan yüksək həcmli ammonyak zavodu olan “Gulf Coast Ammonia” MMC-nin (“GCA”) səhmdarıdır.

“Mabanaft GmbH & Co. KG” nəqliyyat, istilik, sənaye və kənd təsərrüfatı ehtiyacları üçün innovativ enerji həlləri təklif edən müstəqil inteqrasiya olunmuş enerji şirkətidir. Qrup neft məhsulları, LNG, kimyəvi maddələr və bioyanacaqların idxalı, paylanması və marketinqinlə fəal məşğul olur və müştərilərinin daha təmiz, alternativ yanacağa keçidini dəstəkləyir.

126 gəmiçilik xəttinə xidmət göstərən “Hapag-Lloyd” nəhəng gəmiçilik  şirkətidir. Şirkətin  ümumi tutumu 1,8 milyon TEU olan 253 konteyner gəmisi dünyanın 600 limanına yan alır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır