Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Titan” şirkəti layihəni həyata keçirmək üçün gəmiqayırma zavodu axtarır

Alternativ gəmi yanacaqlarının əsas tədarükçüsü olan Niderlandın “Titan” (keçmiş adı “Titan LNG”) şirkəti bu yaxınlarda alınmış iki kiçik tankeri təkmilləşdirməyi planlaşdırır.

“Ship&Bunker” sahə portalına görə, gələcəkdə onlardan Avropada ticarət gəmilərinə mayeləşdirilmiş təbii qaz (LNG) vermək üçün istifadə olunacaq.

“Titan” “Seaspeak Unikum” və “Seaspeak Vision” tankerlərini Kanadanın “Seaspeak” qaz nəqli şirkətindən alıb. Hər iki gəminin tutumu 12 min kubmetrdir. LNG üçün təchiz ediləcək gəmilərin mart ayında “Titan”nın donanmasının tərkibinə daxil ediləcəyi gözlənilir.

LNG gəmilərdən biri Aralıq dənizində, digəri isə Şimal-Qərbi Avropada fəaliyyət göstərəcək.

“Gəmilərə LNG, bioyanacaq və uzunmüddətli perspektivdə sintetik metan vurulacaq. İndi biz modernləşdirmə layihəsi üzərində işləyirik və bu layihəni həyata keçirə biləcək bir gəmiqayırma zavodu axtarırıq,”- deyə “Titan” şirkətinin donanmanın inkişafı üzrə direktoru Dou de Yonq bildirib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır