Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Turistlər 3 ildə 135 ölkənin 375 limanında olacaqlar

Türkiyənin “Miray Cruises” kruiz şirkəti dünya üzrə 3 illik səyahət üçün biletlərin satışına başladığını elan edib.

“Seanews.az”  xəbər verir ki, proqram çərçivəsində turistlər 135 ölkənin 375 limanında olacaqlar.

1992-ci ildə istehsal edilən “MV Gemini” cari ilin noyabr ayından başlayaraq yeddi qitə ətrafında üzəcək. Səfərin başa çatması 2026-cı ilin sonuna planlaşdırılır. Uzaqdan işləyən və dünyanı gəzmək istəyənlər üçün ideal variantdır.

Türkiyənin kruiz operatoru “Miray Cruises” 1074 sərnişin tutumlu “MV Gemini” gəmisini 2019-cu ildə alıb. Dənizə çıxmazdan əvvəl layner təkmilləşdiriləcək.

Bir kayutun aylıq qiyməti təxminən 2,5 min dollardır. Bir günlük səyahət təxminən 83 dollara başa gələcək. İllik kruiz qiyməti 29 999 dollardan başlayır.

Əyləncə tədbirlərində iştirak etmək imkanı, iş üçün nəzərdə tutulan 14 ofis və konfrans zalı, dincəlmək üçün istirahət zonası və kitabxana da turistlərin ürəyincə olacaq.  Gəmidə pulsuz tibbi xidmət göstərən 24 saatlıq xəstəxana fəaliyyət göstərəcək. Sərnişinlərə təlim və müxtəlif ustad dərslərində, həmçinin könüllü və xeyriyyə təşəbbüslərində iştirak etmək imkanı yaradılacaq.

"Mütəxəssislər işi yerinə yetirmək üçün əlaqə, rahatlıq və funksionallığa ehtiyac duyurlar. Gəmidə müştərilərin arzu etdikləri hər cür şəraiti olacaq”,- deyə  “Life at Sea Cruises” şirkətinin idarəedici direktoru Mikael Petterson bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır