Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

İlk ekoloji cəhətdən təmiz yanacaqlı bərəyə təxminən 14 milyon dollar xərclənib

Tamamilə elektriklə işləyən, sıfır emissiyalı yeni “Sea Change” bərəsi Vaşinqton ştatından San Fransiskoya yedək gəmisinin müşayiəti ilə gəlib.

“Seanews.az”-ın məlumatına görə, gəminin ərsəyə gəlməsinə ABŞ dövlət büdcəsindən 3 milyon dollar sərmayə qoyulub.

75 sərnişin daşıyan “Sea Change” katamaran tipli bərə ABŞ-da hidrogen yanacaq elementləri ilə işləyən ilk kommersiya dəniz gəmisidir. Bu il yazın sonunda gəmi San-Fransisko sahili boyunca daşımağa başlayacaq.

21,3 metr uzunluğunda olan “Sea Change” bərəsi San Fransisko körfəzində fəaliyyət göstərən əksər sərnişin bərələrindən kiçikdir və onlarla müqayisədə çox da böyük olmayan sürətlə (11 düyün) hərəkət edir.

İlk ekoloji cəhətdən təmiz yanacaq bərəsinə təxminən 14 milyon dollar xərclənib, lakin səlahiyyətlilər deyirlər ki, növbəti belə bərələrin tikintisi daha az xərc tələb edəcək. Bununla belə, onlar ənənəvi dizel bərələrindən 30% baha başa gələcək.

Layihə San Fransisko Fövqəladə Nəqliyyat İdarəsinin (“WETA”) təşəbbüsünün bir hissəsidir və mövcud dizel mühərrikli bərələri mərhələli şəkildə ləğv etməyi planlaşdırır. 2025-ci ilə qədər “WETA” qısa məsafəli donanmasından sıfır emissiyaya nail olmaq istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır