Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Detveyti 9,4 min ton olan «Kamo» gəmisi təkrar emala göndərilib

Yaponiyanın “NYK” gəmiçilik şirkəti özünün universal yük gəmisi "Kamo"nu təkrar emal üçün Banqladeşdəki “PHP Ship Recycling” gəmisökmə müəssisəsinə göndərib.

“Seanews.az”-ın məlumatına görə, detveyti 9,4 min ton olan «Kamo» gəmisi 1998-ci ildə tikilib.

“Bu, Banqladeşdə “NYK” tərəfindən sertifikatlaşdırılmış ilk təkrar emal -   gəmisökmə zavodudur. “Kamo” gəmisi “PHP Ship Recycling”-in dokuna martın əvvəlində gəlib”, - deyə şirkətin press-relizində bildirilir.

“NYK” gəmini təkrar emal üçün satmazdan əvvəl bir qrup mütəxəssisini sökmə əməliyyatların təhlükəsiz və ətraf mühitin bütün tələblərinə uyğun olacağına əminlik üçün “PHP Ship Recycling” müəssisəsinə göndərib.  Bundan əlavə, “NYK” işçisi də “Kamo” gəmisinin utilizasiyası zamanı bu tələblərə əməl olunmasına nəzarət edəcək.

2020-ci ildə “PHP Ship Recycling” tərsanəsi “ClassNK” təsnifat cəmiyyətindən uyğunluq sertifikatı alıb və Banqladeşdə ilk tam yaşıl gəmi təkrar emalı zavodu olub. 2010-cu ildən bu yana layihəyə investisiyalar 11 milyon dollar təşkil edib. Zavodun gücü 160 000 LDT (ton təmiz metal) təşkil edir.

“NYK”-nin Hindistanda otuz, Çində üç və Türkiyədə bir gəmisökmə müəssisəsini sertifikatlaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır